Demo Sayt » hadise » Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı işdən çıxarılıb


Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı işdən çıxarılıb

25-01-2017, 11:09
Çap et
Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı işdən çıxarılıb Bu gün sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb.
Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib. Həmin video sonradan sosial şəbəkələrdə yayılıb.

Reytinq: