Demo Sayt » idman » Millimizdən imtina edən futbolçu peşman oldu


Millimizdən imtina edən futbolçu peşman oldu

14-03-2017, 11:06
Çap et
Millimizdən imtina edən futbolçu peşman oldu Türkiyə I Liqasında çıxış edən “Adana Dəmirspor”un futbolçusu Sercan Kaya milli komandamızda oynamaq istədiyini deyib.
Yerli “Four four two” nəşrinə müsahibə verən oyunçu Azərbaycan yığmasından təklif aldığını və bunu qəbul edəcəyini açıqlayıb.
“Azərbaycan milli komandasından təklif aldım. Anamın atası azəri əsillidi. Bilmirəm hardan öyrəniblər, ancaq dəvət yolladılar. Mən də qəbul etməyi düşünürəm. Yaxın vaxtlarda çağıracaqlarını dedilər. Keçmişdə Türkiyə millisinin müxtəlif yaş qruplarında oynadım, əlimdən gələni də etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm” – deyə Kaya bildirib.
Qeyd edək ki, 2013-cü ildə “Rizəspor”da çıxış edərkən də millimizdən dəvət aldığını açıqlamış futbolçu o vaxt təklifi qəbul etməmişdi.
Reytinq: