"Bavariya"nın yeni türk futbolçusu2-02-2016, 09:10
Çap et Münhenlilər Moskva "Spartak"ında oynayan türk əsilli alman futbolçu Sərdar Taşçı ilə anlaşıb.
Almaniya nəhəngi "Bavariya" klubu heyətini türk futbolçu ilə gücləndirib. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Münhenlilər Moskva "Spartak"ında oynayan türk əsilli alman futbolçu Sərdar Taşçı ilə anlaşıb. Türkiyəli futbolçu mövsümün sonuna qədər icarə əsasında Almaniya nəhənginin şərəfini qoruyacaq. Sərdar Taşçı "Spartak"a "Ştutqart"dan 4 milyon avroya transfer olunmuşdu. Bir vaxtlar 28 yaşlı müdafiəçi ilə Türkiyənin bir neçə aparıcı klubu yaxından maraqlanırdı. Həmçinin "Fənərbaxça" Taşçı ilə anlaşmağa yaxın olsada son anda danışıqlar baş tutmamışdı. Sərdar Taşçı DÇ-2010-da Almaniya millisinin heyətində yer alan Sərdar yenidən Almaniya yığma komandasında oynaya biləcəyini istisna etmədiyini söyləyib. O bunun üçün daha yaxşı oyun nümayiş etdirməyə çalışacağını və yüksək səviyyəli oyunu ilə Almaniya yığma komandasının baş məşqçilərinin diqqətini cəlb edəcəyini qeyd edib. Qeyd edək ki, sonuncu dəfə Sərdar Taşçı Almaniya yığma komandasının heyətində 2010-cu ildə çıxış edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Almaniya nəhəngi "Bavariya" klubu heyətini türk futbolçu ilə gücləndirib.