Məşhur azərbaycanlı idmançı karyerasını bitirir28-03-2017, 09:37
Çap et Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Parxomenko karyerasını başa vurur. “Azəryol”da çıxış edən 35 yaşlı blokçu bu gün vida matçına çıxacaq.Vaxtilə şərəfini qoruduğu “Azərreyl”lə az sonra başlayacaq matç Parxomenko üçün həm mövsümdə, həm karyerasında sonuncu olacaq. Karyerasına Bakının “Neftyağ” (1999-2000) klubunda başlayan Yelena sonradan “Lokomotiv” (2000-01, 2009-12), “Azərreyl” (2001-07, 2007-09, 2013-14) və “Azəryol” (2012-13, 2015-17) çıxış edən blokçumuz legioner karyerası da yaşayıb. 2007-ci ildə İtaliyanın “Padova”, 2015-ci ildə Tailandın “Ayutthaya” klublarında çıxış edən Yelena sonuncularla ölkə çempionluğunu yaşayıb. Qeyd edək ki, uzun müddət yığmamızın əsas heyət üzvlərindən olan Parxomenko DÇ-2006 və DÇ-2014-ün final mərhələsində də iştirak edib. Yelenanın bacısı, millimizin kapitanı Oksana Parxomenko 2015-ci ildə, Avropa Oyunlarından sonra karyerasını başa vurub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Parxomenko karyerasını başa vurur. “Azəryol”da çıxış edən 35 yaşlı blokçu bu gün vida matçına çıxacaq.