Sərbəst güləşçilərimiz ilk beşlikdə - REYTİNQ7-04-2017, 12:46
Çap et Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləşçilərimizdən 16 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa, 5-i isə ilk beşliyə daxil ola bilib. Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Hacı Əliyev (61 kq) və qeyri-olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) reytinq siyahısında 4-cü olub. Onluğa daxil digər güləşçilərimiz isə Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) olub. 57 kq 12. Mahir Əmiraslanov - Yaşar Doğu turniri 2-ci yer (nr) 14. Georgi Edişeraşvili - Qızıl Qran Pri 1-ci yer (11) 61 kq 4. Əhmədnəbi Qvarzatilov - Dünya çempionatı 3-cü yer (4) 12. Əli Rəhimzadə - U-23 Avropa çempionatı 3-cü yer (nr) 65 kq 2. Toğrul Əsgərov - Olimpiya Oyunları 2-ci yer (2) 4. Hacı Əliyev - Dünya Kuboku 1-ci yer (5) 12. Məhəmməd Müslümov - Ukrayna beyn. turniri 3-cü yer (15) 19. Teymur Məmmədov - U-23 Avropa çempionatı 1-ci yer (nr) 70 kq 14. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 1-ci yer (19) 17. Gitinomaqomed Hacıyev - Ukrayna beyn. turniri 3-cü yer (nr) 74 kq 2. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (2) 86 kq 8. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (8) 18. Hacımurad Məhəmmədsəidov - Ukrayna beyn. turniri 1-ci yer (nr) 97 kq 2. Xetaq Qazyumov - Olimpiya Oyunları 2-ci yer (2) 7. Aslanbek Alborov - Yaşar Doğu turniri 1-ci yer (11) 125 kq 11. Cəmaləddin Məhəmmədov - Dünya Kuboku 3-cü yer (11) Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
