Demo Sayt » idman » “Maradona və Messidən güclü olmuşam” - Romario


“Maradona və Messidən güclü olmuşam” - Romario

26-04-2017, 08:49
Çap et
“Maradona və Messidən güclü olmuşam” - Romario Braziliya yığmasının və “Barselona”nın keçmiş hücumçusu Romario maraqlı açıqlaması ilə diqqət çəkib. Sabiq futbolçu özü ilə argentinalılar – Dieqo Maradona və Lionel Messi arasında müqayisə aparıb.
Maradonanı Messidən üstün sayan Romario özünün daha güclü futbolçu olduğunu vurğulayıb: “Maradona Messidən üstündü. Bunu Dieqonun milli komandada etdiklərini nəzərə alaraq, deyirəm. Amma hər ikisinə hörmətimi bildirməklə yanaşı, onlardan daha güclü futbolçu olduğumu deməliyəm”.
Qeyd edək ki, Romario Braziliya yığmasında keçirdiyi 70 oyunda 55 qola imza atıb.
Reytinq: