Demo Sayt » idman » Arda Turan jurnalisti döydü


Arda Turan jurnalisti döydü

6-06-2017, 11:07
Çap et
Arda Turan jurnalisti döydü Türkiyəli futbolçu Arda Turan "Milliyət” qəzetinin müxbirinə fiziki xəsarət yetirib.
Hadisə Türkiyənin futbol milli komandası İtaliyaya səfər edən zaman təyyarədə baş verib.
Arda Turan təyyarədə arxa hissəyə keçərkən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zəminində Arda Bilal Meşenin boğazını sıxıb. Məlumata görə, Arda müxbirin 2016-cı ildə onunla bağlı yaydığı xəbərə iradını bildirib. Dava-dalaş zamanı dostları araya girərək tərəfləri güclə ayıra biliblər.
Onu da qeyd edək ki, "Qalatasaray" Arda Turan üçün "Barselona"ya rəsmi təklif göndərib. Bu barədə "NTV Spor"un şərhçisi Güntekin Onay açıqlama verib.
Aparıcının sözlərinə görə, "Qalatasaray" Arda Turanı icarəyə götürmək üçün qarşı tərəfə müraciət edib. "Qalatasaray" Ardanı icarəyə götürmək istəyir. Problem futbolunun maaşıdı. Arda yüksək məbləğdə maaş alır. "Qalatasaray"ın bu məbləği ödəyib-ödəyə bilməyəcəyini bilmirəm" deyə Güntekin Onay qeyd edib.
Reytinq: