Demo Sayt » idman » Kristiano Ronaldoya 180 milyonluq təklif


Kristiano Ronaldoya 180 milyonluq təklif

7-06-2017, 14:36
Çap et
Kristiano Ronaldoya 180 milyonluq təklif Kriştiano Ronaldo üçün "Real"a 180 milyon avroluq təklif gələcək. Bu barədə Portuqaliyanın "A Bola" qəzeti məlumat yayıb.
Qəzetin iddiasına görə, bu təklifi PSJ, "Monako", "Mançester Yunayted" və ya Çin klublarından biri edə bilər. Məlumatda qeyd olunur ki, "Real" təklifi qəbul edəcək və bu transferdən əldə olunan gəliri "Monako"dan Kilian Mbappeni almağa xərcləyəcək.
Qeyd edək ki, Ronaldonun "Real"la 2021-ci ildə qədər müqaviləsi var. Portuqaliyalı futbolçu bir müddət əvvəl karyerasının sonunadək "Kral Klubu"nda qalacağını bildirmişdi.
Reytinq: