Boksçularımız Minskdə 5 medal qazanıblar7-08-2017, 10:58
Çap et Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, turnirdə mübarizə aparan Azərbaycan yığması vətənə 5 medalla dönüb. Komandamızın heyətində Pərviz Bağırov (69 kq) finala kimi irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Rüstəm Umudov (56 kq) yarışı 3-cü pillədə başa vurub. Digər 3 medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər. Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
