"Başakşehir" dirəyə ilişdi, Astanada qol şousu - NƏTİCƏLƏR23-08-2017, 10:40
Çap et Əvvəlcə meydana "Astana" və "Seltik" komandaları çıxıb. Birinci görüşdə 0:5 hesabı ilə uduzan Qazaxıstan təmsilçisi öz meydanında 4:3 hesablı qələbə qazansa da, bu nəticə ÇL-in qrup mərhələsinə düşməsi üçün yetərli olmayıb. “Başakşəhər” evdə uduzduğu “Sevilya” ilə səfərdə 2:2 hesablı heç-heçə edərək, Çempionlar Liqası ilə vidalaşıb. Abdullah Avcının komandası mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. "Seltik" və "Sevilya" ilə yanaşı, "Olimpiakos", "Maribor" və "Napoli" də adını ÇL-in qrup mərhələsinə yazdırıb. Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 22 avqust “Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) - 4:3 Qollar: Ayer, 26 (avtoqol); Mujikov, 48; Tvumasi, 49, 69 - Sinkleyr, 34; Ntçam, 80; Qriffits, 90 İlk oyun – 0:5 “Riyeka” (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan) - 0:1 Qol: Marin, 25 İlk oyun – 1:2 “Maribor” (Sloveniya) – “Hapoel” (Beyer-Şeva, İsrail) - 1:0 Qol: Viler, 15 İlk oyun - 1:2 “Sevilya” (İspaniya) – “Başakşəhər” (Türkiyə) - 2:2 Qollar: Eskudero, 52; Ben Yedder, 75 - Elia, 17; Viska, 83 İlk oyun - 2:1 “Nitsa” (Fransa) – “Napoli” (İtaliya) - 0:2 Qollar: Kalyexon, 48; İnsinye, 89 İlk oyun - 0:2 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
