Azərbaycanın iki boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib25-10-2017, 10:12
Çap et Azərbaycan Boks Federasiyasından bildiriblər ki, 81 kiloqram çəki dərəcəsində gücünü yoxlayan Surət Qarayev dörddəbir finalda Konrad Kajmarkeviçlə (Polşa) döyüşüb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. S.Qarayev yarımfinalda rusiyalı Ruslan Kolesnikovla qüvvəsini sınayacaq. Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) də ikinci qarşılaşmasını xeyrinə bitirib. O, dörddəbir finalda rumıniyalı Emanuel Mikanı mübarizədən kənarlaşdırıb. M.Abdullayev ilk döyüşündə olduğu kimi bu dəfə də nokautla qələbə qazanıb. Təmsilçimiz final üçün xorvatiyalı Yosip Biletiçlə üz-üzə gələcək. Nicat Həsənov dörddəbir final səddini keçə bilməyib. O, 69 kiloqram çəki dərəcəsində yarışan həmyerlimiz Qabriel Dossenə (İrlandiya) 0:5 hesabı ilə məğlub olub. Oktyabrın 25-də başa çatacaq dörddəbir finalda daha dörd boksçumuz mübarizə aparacaq. Yarımfinal mərhələsinin döyüşləri oktyabrın 27-də olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
