Braziliyalı futbolçu 25 yaşında dünyasını dəyişib6-11-2017, 11:33
Çap et Moldova "Şerif"inin sabiq futbolçusu Dionatan Teyşeyra 25 yaşında vəfat edib.25 yaşlı müdafiəçi vətəni Braziliyada ürəktutmasından dünyasını dəyişib. O, əvvəllər Slovakiyanın "Koşitse", "Slovan" və "Dukla", İngiltərənin "Flitvud Taun" və "Stok Siti" klublarında, eləcə də Braziliya ilə Slovakiyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. Teyşeyra ötən mövsümün ikinci yarısını "Şerif"də keçirdikdən və bu klubla "qızıl "dubl" etdikdən sonra Braziliyaya yollanıb. "Sambaçı" geri qayıdacağına söz verdiyindən, tiraspollularla müqaviləsi qüvvədə olub. Lakin o, Moldovaya qayıtmayıb. Bu səbəbdən, Teyşeyra Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la oyunları buraxıb. Qeyd edək ki, bu görüşlərdə Azərbaycan təmsilçisi Bakıda 0:0 hesablı heç-heçə etsə də, səfərdə qalib gəlib - 2:1. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Moldova "Şerif"inin sabiq futbolçusu Dionatan Teyşeyra 25 yaşında vəfat edib.