Türkiyə 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi edə bilər20-11-2017, 11:32
Çap et Türkiyənin Sarıqamış, Qars, Ərzurum və Ərzincan şəhərlərinin yerləşdiyi bölgədə 2026-cı il Qış Olimpiya Oyunlarına namizədlik iddiası üçün hazırlıqla görülür. Bu şəhərlərin yerləşdiyi coğrafiyada Qış Olimpiya Oyunlarını təşkil etmək üçün geniş təbii şərait və böyük infrastruktur mövcuddur. Prezident Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı aidiyyəti qurumlara tapşırıq verib. Rəsmi məlumatlarda bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsi 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunları başa çatandan sonra 2026-cı ilin Olimpiya Oyunlarına namizəd olan tərəflərin iddialarını dəyərləndirməyə başlayacaq. Xatırladaq ki, 2022-ci ilin Qış Olimpiya Oyunları Pekində keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
