Qadın güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq29-11-2017, 14:10
Çap et Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monqolustan, Ukrayna, Çin, İsveç və Yaponiya güləşçiləri iştirak edəcəklər. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Çin, Ukrayna və Monqolustan komandaları ilə B qrupunda mübarizə aparacaqlar. A qrupunda isə, Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları qüvvələrini sınayacaqlar. Yarışda yığma komandanın böyük məşqçisi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 7 güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb. Yarışın proqramına əsasən, dekabrın 1-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
