Demo Sayt » idman » Azərbaycan güləşçiləri Dünya Kubokunda 5-ci yer uğrunda yarışacaq


Azərbaycan güləşçiləri Dünya Kubokunda 5-ci yer uğrunda yarışacaq

20-05-2016, 08:56
Çap et
Azərbaycan güləşçiləri Dünya Kubokunda 5-ci yer uğrunda yarışacaq İran İslam Respublikasının Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. Yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edir.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata əsasən, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayıb.
İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız digər qrupun üçüncüsü ilə 5-ci yer uğrunda görüşə çıxacaq.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunu qazanaraq yeni tarix yazmışdılar.
Reytinq: