Formula 1 qalibi: Azərbaycan Qran Prisi ən çox sevdiyim yarışlardan biridir1-12-2017, 10:15
Çap et Bunu 2017 Formula 1 Azərbaycan Qran Prisinin qalibi, Red Bull komandasının avstraliyalı pilotu Daniel Rikardo Bakıya səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. D.Rikardo bildirib ki, Bakı həqiqətən çox gözəldir və burada avtoidmanın yeni azarkeşlərinə təqdim etmək üçün bütün gözəlliklər mövcuddur. D.Rikardo Bakıya gəldiyi dəqiqədən çox maraqlı anlar yaşadığını diqqətə çatdırıb: “Yarış gününə nisbətən hava soyuq olsa da, mənə olan münasibət çox istidir. Burada olduğum hər səfərdə - bu gün də daxil olmaqla – böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam”. Azərbaycan Qran Prisinin qalibi gələn ilin apreldə növbəti Qran Pri üçün yenidən Bakıya gəlməyi səbrsizliklə gözlədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, gələn il Red Bull komandası üçün daha uğurlu ola bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
