Demo Sayt » idman » Ronaldo uşaq xəstəxanası tikdirir


Ronaldo uşaq xəstəxanası tikdirir

26-12-2017, 12:52
Çap et
Ronaldo uşaq xəstəxanası tikdirir Portuqaliyalı futbol ulduzu Kristiano Ronaldo meydandakı oyununa görə tənqid eilsə də, xeyriyyə aksiyalarına qatılması təqdir edilir. 2010-cu ildə 10 yaşlı uşağın beyin əməliyyatına yardım etməsi, 2012-ci ildə 9 yaşlı bir uşağın xərçəng müalicəsini boynuna götürməsinə qədər müxtəlif xeyriyyə işlərinə imza atan Ronaldo indi də uşaq xəstəxanasının tikintisinə qoşulub.
NTV-nin məlumatına görə, Kristiano Ronaldo Çilidə uşaqlar üçün xəstəxana tikdirir. Ulduz futbolçunun italyan iş adamı Aleesandro Proto ilə Çilinin paytaxtı Santyaqo yaxınlığında tikdirdiyi xəstəxana 2020-ci ildə tamamlanacaq. Bu uşaq xəstəxanası Cənubi Amerikada tikiləcək xəstəxana zəncirin ilk halqasını təşkil edəcək.
Ronaldo YUNİSEF və "Save The Children"nın xoşməramlı səfiridir.
Reytinq: