AFFA "Qəbələ"ni 5 min manat cərimələdi31-05-2018, 10:51
Çap et İclasda aşağıdakı qərarlar qəbul olunub: Mayın 28-də Azərbaycan Kubokunun final matçı olan “Keşlə” – “Qəbələ” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun 18 №-li futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib. Oyunun 55-ci dəqiqəsində və 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub müvafiq olaraq 800 manat və 1600 manat cərimə olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
