Güləşçilərimiz Rusiyada keçirilən beynəlxalq turnirin finalına yüksəlib7-09-2018, 14:45
Çap et Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi ilə ölkəmizi yeddi pəhləvan təmsil edir. Onlardan ikisi – Pərviz İbarahimov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala yüksəlib. Digər idmançılarımız Əli Rəhimzadə (65 kq) və Hacımurad Ömərov (74 kq) bürünc medal şanslarını qoruyurlar. Sentyabrın 7-də P.İbrahimov və N.Hacıyev final, digər iki güləşçimiz isə təsəlliverici görüşlərə çıxacaq. Əhmədnəbi Qvarzatilov, Məhəmmədhacı Kasumov (hər ikisi 61 kq) və İbrahim Yusubov (79 kq) isə həmin gün ilk qarşılaşmalarını keçirəcəklər. Yarışların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
