İspaniya La Liqasının altıncı turunun oyunları keçirilib - NƏTİCƏLƏR27-09-2018, 10:16
Çap et Son çempion "Barselona” klubu səfərdə "Leqanes”ə məğlub olub (1:2). Kataloniyalılar Koutinyonun qolu sayəsində hesabı erkən açsalar da, qarşılaşmanın 52-ci və 53-cü dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunun taleyin həll ediblər. La Liqanın digər favoriti "Real Madrid” klubu "Sevilya”nın qonağı olub. Matçın 17-ci dəqiqəsində Andre Silva hesabı açıb. Qoldan dörd dəqiqə sonra Andre Silva dublunu rəsmiləşdirərək hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 39-cu dəqiqəsində "Sevilya” klubu üçüncü dəfə "Kral klubu”nu meydanın mərkəzinə dəvət edib, Ben Yeder fərqlənib. Birinci hissə 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunun ikinci hissəsində irəli atılan "Real Madrid” futbolçularının bütün cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib. Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: "Espanyol” – "Eybar” - 1:0 "Real Sosyedad” – "Rayo Valyekano” - 2:2 "Atletiko Madrid” – "Ueska” - 3:0 "Atletik Bilbao” – "Vilyareal” - 0:3 "Valensiya” – "Selta Viqo” - 1:1. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
