İtaliya A Seriyasının 11-ci turuna yekun vurulub - NƏTİCƏLƏR5-11-2018, 11:32
Çap et Turun sonuncu qarşılaşması "Daçia Arena”da keçirilib. "Milan” "Udineze”nin qonağı olub. Görüş "rossoneri”lərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol qarşılaşmanın 97-ci dəqiqəsində vurulub. "Milan” klubunun kapitani Alesio Romanyoli əks hücum zamanı müdafiəçilərin səhvini bağışlamayıb. Bu gənc müdafiəçinin artıq ikinci həlledici qolu olub. Xatırladaq ki, çempionatın 10-cu turunda "Genoa” ilə oyunda A.Romanyoli sonuncu dəqiqələrdə vurduğu qolla milanlılara qələbə qazandırıb (2:1). "Milan” ardıcıl üçüncü qələbəsini qazanaraq turnir cədvəlində dördüncü yerini qoruyub saxlayıb. İtaliya A Seriyasının 12-ci turunda "Milan" doğma meydanda "Yuventus” klubunu qəbul edəcək. "Udineze" isə səfərdə "Empoli"nin qonağı olacaq. Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb: "Napoli"-"Empoli" - 5:1 "İnter"-"Genoa" - 5:0 "Fiorentino"-"Roma" - 1:1 "Yuventus"-"Kalyari" - 3:1 "Lazio"- SPAL- 4:1 "Kyevo"-Sassuolo" - 0:2 "Parma"-"Frosinone" - 0:0 "Sampdoriya"-"Torino" - 1:4 "Bolonya"-"Atalanta" - 1:2. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
