"Beşiktaş" Türkiyə milli komandasının hücumçusunu transfer edib3-01-2019, 10:34
Çap et 33 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Cari mövsümdə "Trabzonspor"un heyətində 7 oyunda 5 qol vuran hücumçu yeni klubunda ildə 2,5 milyon avro qazanacaq. B.Yılmaz son dəfə İstanbul komandasına 2006-cı ildə "Antalyaspor"dan keçib. Lakin o, 2007-2008-ci il mövsümünün ortasında "Manisaspor"a icarəyə verilib. Həmin il müqavilə ilə məxsus olduğu "Beşiktaş"dan ayrılan B.Yılmaz sonralar Türkiyənin "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor" komandalarında futbolçu karyerasını davam etdirib. Təcrübəli futbolçu bir müddət Çinin "Beytszin Qoan" klubunun da formasını geyinib. B.Yılmaz Türkiyə millisinin heyətində 51 oyunda 23 dəfə fərqlənib. Qeyd edək ki, "Beşiktaş" komandası Türkiyə Superliqasında turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
