Demo Sayt » idman » Salah Afrikanın ən yaxşı futbolçusu seçildi


Salah Afrikanın ən yaxşı futbolçusu seçildi

9-01-2019, 11:09
Çap et
Salah Afrikanın ən yaxşı futbolçusu seçildi İngiltərənin "Liverpul" klubunun misirli hücumçusu Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib.
Salah seneqallı Sadio Mane ("Liverpul") və qabonlu Pyer-Emerik Obameyanqı ("Arsenal") qabaqlayaraq ardıcıl ikinci dəfə bu ada sahib çıxıb.
Qeyd edək ki, Məhəmməd Salah 2017-2018-ci illər mövsümündə İngiltərə Premyer Liqasında 36 oyuna 32 qol vurub. Həmçinin "Liverpul"la UEFA Çempionlar Liqasının finalında oynayıb. Rusiyada keçirilən dünya çempionatında isə üç oyuna iki qol vurub.
Reytinq: