Demo Sayt » idman » İbrahimoviçdən Ronaldoya ağır sözlər: Bu axmaqlıqdır


İbrahimoviçdən Ronaldoya ağır sözlər: Bu axmaqlıqdır

15-01-2019, 18:19
Çap et
İbrahimoviçdən Ronaldoya ağır sözlər: Bu axmaqlıqdır Amerikada karyerasını davam etdirən futbol ulduzu Zlatan İbrahimoviç Kriştiano Ronaldonun "yeni bir mübarizə üçün "Yuventus”u seçdim” sözlərini sərt reaksiya ilə qarşılayıb.
Zlatan Ronaldoya 2-ci liqaya getməsini tövsiyə edib: "Kriştiano yeni mübarizədən bəhs edir. İllərdir A seriyasına embarqo qoyan bir komandaya gedərək mübarizə axtarmaqdansa, 2-ci liqadan bir komandaya gedib onu üst liqaya çıxararaq çempion etsin. "Yuventus”a getmək mübarizə deyil, axmaqlıqdır”.
Qeyd edək ki, Kriştiano Ronaldo ötən il "Real Madrid”dən son 7 mövsümün İtaliya çempionu "Yuventus”a 177 milyon avro qarşılığında transfer olub. O, A seriyasında 19 matça çıxıb, 14 qolun, 6 məhsuldar ötürmənin müəllifi olub.
Reytinq: