“Mustafa Reşit Akçayla heç bir danışığımız olmayıb” - Elxan Məmmədov22-01-2019, 10:08
Çap et AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçi postuna Mustafa Reşit Akçayın təyin olunmasına dair iddialara münasibət bildirib. E.Məmmədov bunu agentlərin ortaya atdığı şayiə adlandırıb. Onun sözlərinə görə, türkiyəli mütəxəssislə heç bir danışıq aparılmayıb: "Onunla nəinki anlaşmışıq, heç danışıq da aparmamışıq. Hətta belə bir şəxs bizə təklif olunmayıb. Bu, müxtəlif agentlər tərəfindən ortaya atılmış spekulyasiyalardır". Qeyd edək ki, Azərbaycan millisinin türkiyəli Mustafa Reşit Akçaya tapşırıldığına dair xəbəri "Fanatik" nəşri yayıb. 60 yaşlı mütəxəssisin son klubu 2018-ci ilin noyabrında zəif nəticələrlə əlaqədar yollarını ayırdığı "Osmanlıspor" olub. O, "Gümüşhanespor", "Pazarspor", "Arsinspor", "Ofspor", "Beylerbeyi", "Tavşanlı", "1461 Trabzonspor", "Trabzonspor", "Akhisar Belediyespor" və "Konyaspor"da da çalışıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
