UEFA Avropa Liqasının on altıdabir final mərhələsinin oyunları keçirilib - NƏTİCƏLƏR15-02-2019, 10:12
Çap et Mərhələnin ən gözlənilməz hesabı Belarusda qeydə alınıb. BATE doğma azarkeşlər önündə İngiltərənin "Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 45-ci dəqiqədə Stanislav Draqun olub. Matçın 85-ci dəqiqəsində londonluların hücumçusu Aleksandr Lakazet qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Mərhələnin mərkəzi görüşü isə İtaliyada – "Olimpiko” stadionunda oynanılıb. "Latsi” komandası İspaniyanın "Sevilya” komandasını qəbul edib. Bu oyunda isə qonaqlar üstün olub (0:1). Türkiyənin "Qalatasaray” komandası öz meydanında Portuqaliyanın "Benfika” komandasına məğlub olub (1:2). Mərhələnin digər oyunlarında növbəti hesablar qeydə alınıb: "Krasnodar” (Rusiya) – "Bayer” (Leverkuzen, Almaniya) - 0:0; "Slaviya” (Praqa, Çexiya) – "Genk” (Belçika) - 0:0; "Rapid” (Vyana, Avstriya) – "İnter” (İtaliya) - 0:1; "Renn” (Fransa) – "Real Betis” (İspaniya) - 3:2; "Olimpiakos” (Yunanıstan) – "Dinamo” (Ukrayna) - 2:2. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
