Azərbaycan kanoeçiləri tarixi nailiyyətə imza atdı25-08-2015, 10:11
Çap et Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sonuncu lisenziyaya kayakçı İnna Osipenko-Rodomska sahib çıxıb. O, qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşünü 4-cü yerdə başa vurub. Finişə 41,548 saniyəyə çatan 33 yaşlı idmançı Yeni zellandiyalı Liza Karinqton (40,060), polşalı Marta Valçikyeviç (40,700) və ispaniyalı Tereza Porteladan (41,248) geri qalıb. Daha öncə Osipenko Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə 5-ci yerin sahibi kimi olimpiadada iştirak hüququna yiyələnib. Qeyd edək ki, bu, Azərbaycan üçün tarixi nailiyyətdir. Belə ki, indiyədək digər növlər üzrə dünya çempionatlarında birdən-birə 2 olimpiya lisenziyası qazanan olmayıb. Üstəlik, ölkəmiz kayak növündə ilk dəfə olimpiadada təmsil olunacaq. Digər tərəfdən, Valentin Demyanenko ardıcıl ikinci dəfə olimpiadada iştirak hüququ əldə edib. 32 yaşlı idmançı dünya çempionatında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə 6-cı yerin sahibi kimi buna nail olub. Beləliklə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan millisi kayak və kanoe yarışlarında ilk dəfə ən azı 3 medal uğrunda mübarizə aparacaqlar. Amma lisenziyaların sayı daha da arta bilər. Dünya çempionatında lisenziyasız qalan təmsilçilərimiz bunun üçün gələn ilin mayında təşkil olunacaq Avropa təsnifat reqatasında ilk 2 yerdən birini tutmalıdırlar. Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı Valentin Demyanenkodan əlavə, 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Sergey Beziqlıy - Maksim Prokopenko dueti təmsil edib. Bu dəfə Bezuqlıyın Aleksey Kupinlə dueti olimpiya məsafəsi sayılan 1000 metr-lik yürüşdə yarımfinal səddini keçə bilməyib. Onlar 500 metr məsafəyə yürüşdə finala çıxsalar da, 5-ci olublar. Ümumi komanda hesabında Azərbaycan millisi dünya çempionatını 130 xalla 86 ölkə arasında 25-ci pillədə başa vurub. Xallardan 71-i kanoeçilərin (Valentin Demyanenko, Taras Matviyçuk, Sergey Bezuqlıy - Aleksey Kupin), 51-i qadın kayakçı İnna Osipenko-Rodomskanın, 8-i isə kişi kayakçı Mirnazim Cavadovun aktivinə yazılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
