Demo Sayt » idman » Region Liqasının 2018/2019-cu il mövsümünün final mərhələsinin püşkü atılıb


Region Liqasının 2018/2019-cu il mövsümünün final mərhələsinin püşkü atılıb

7-03-2019, 10:02
Çap et
Region Liqasının 2018/2019-cu il mövsümünün final mərhələsinin püşkü atılıb AFFA-nın Futbol Akademiyasında Region Liqasının 2018/2019-cu il mövsümünün final mərhələsinin püşkü atılıb.
Püşkatma mərasimində AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə, Məşqçilər Komitəsinin üzvləri və iştirakçı komandaların nümayəndələri iştirak edib.
Püşkatmaya əsasən, birinci pley-off mərhələsində "İmişli”-"FC Baku”, "Füzuli”-"Ümid” (Cəlilabad), "Şirvan” (Ağdaş)-"Ağsu Siti”, "Şahdağ” (Qusar) – "Göyəzən” (Qazax), "Energetik” (Mingəçevir)-"Salyan” və "Uğur Sumqayıt”-"Alyans” görüşləri keçiriləcək.
Birinci pley-off mərhələsinin ilk oyunları martın 9-10-da, cavab görüşləri ayın 16-17-də təşkil olunacaq.
Reytinq: