AL: Londonda dörd, Frankfurtda iki qol vurulub3-05-2019, 10:13
Çap et ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində iki matç keçirilib. “Arsenal” İngiltərədə “Valensiya”nı qəbul edib. Dörd qolun vurulduğu görüşdə hesabı İspaniya təmsilçisi açıb. Oyunda dönüş yaratmağa müvəffəq olan London klubu üç qol vuraraq əzmkar qələbə qazanıb. İngiltərənin digər klubu “Çelsi” Almaniyada “Ayntraxt”ın qonağı olub. Londonlular iki qolun vurulduğu matçın əvvəlində məğlub duruma düşüblər. “Zadəganlar” fasilə ərəfəsində tarazlıq qoluna seviniblər. Yarımfinal mərhələsinin cavab oyunları mayın 9-da keçiriləcək. Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Avropa Liqası Yarımfinal, ilk oyunlar 2 may 23:00. “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya) – 3:1 Qollar: Lakazett, 18, 26, Obameyanq, 90 - Diakabi,11 Baş hakim: Klement Turpin (Fransa) London. “Emireyts” stadionu 23:00. “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə) – 1:1 Qollar: Yoviç, 23 – Pedro, 45 Baş hakim: Karlos del Serro Qrande (İspaniya) Frankfurt. “Kommersbank Arena” stadionu Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
