İtaliya A Seriyası: “Milan” vacib qələbə qazanıb7-05-2019, 10:53
Çap et Turun sonuncu qarşılaşması "San Siro” stadionunda təşkil olunub. "Milan” doğma azarkeşlər önündə "Bolonya” klubunu qəbul edib. Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 2:1. Oyunda hesabı Milan təmsilçisi açıb. Suso adını tabloya yazdırıb - 1:0. Qarşılaşmanın növbəti qolu ikinci hissəsinin 67-ci dəqiqəsində vurulub. Qapıçının qaytardığı topu hamıdan tez yetişən Fabio Borini bir toxunuşla qapıdan keçirdib 2:0. Oyunun 72-ci dəqiqəsində hesab arasındakı fərqi azalıb. Meydana təzəlikcə girən Matias Destro adını tabloya yazdırıb - 2:1. Matçın 74-cü dəqiqəsində maydan sahiblərin futbolçusu Lukas Paketa ikinci sarı vərəqəsini alaraq meydandan qovulub. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Bu qələbə sayəsində "Milan” xalların sayını 59-a çatdıraraq turnir cədvəlində beşinci, "Bolonya” isə 37 xalla 15-ci yerdə qərarlaşıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
