“Qarabağ” UEFA-nın reytinqində Türkiyə klubunu geridə qoydu19-08-2020, 08:01
Çap et Siyahıda ümumilikdə 430 komanda yer alıb. Çempionlar Liqasının I təsnifat mərhələsində 5, Avropa Liqasında isə ilkin mərhələnin 1 matçının nəticəsi cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ” reytinqdə irəliləyib. “Sileks” üzərində 4:0 hesablı qələbə qazanan Ağdam Türkiyə təmsilçisi “Fənərbaxça” ilə yerini dəyişərək, onu geridə qoyub. Qurban Qurbanovun yetirmələrinin son 5 mövsümün nəticəsinə əsasən hesabı 20,000-a çatıb. Təmsilçimiz hazırda “Feyenoord” (Niderland) və “Styaua” (Rumıniya) ilə 64-66-cı yerləri bölüşür. Həmçinin “Atletik”, “Qalatasaray”, “Everton”, “Bordo”, “Trabzonspor” və digər tanınmış klublar Azərbaycan çempionundan aşağı pillədə yer alıblar. Siyahıda təmsilçilərimizdən “Qəbələ” 177-187-ci yerləri bölüşürsə, “Neftçi” üçüncü “yüzlük”də qərarlaşıb. Bakı təmsilçisi 221-227-ci pillələrə şərikdir. Digər klublarımız isə “300-lük”dən kənarda qalıb. Qeyd edək ki, reytinqə İspaniya “Barselona”sı başçılıq edir. “Bavariya” (Almaniya) və “Real” (İspaniya) 2-3-cü yerləri bölüşürlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
