Albaniya uduzdu, Polşa və Almaniya qalib gəldi8-09-2015, 12:38
Çap et "Avro-2016"nın seçmə mərhələsində VIII turun oyunları davam edir. Qol.Az-ın məlumatına görə, bu gün D, F və İ qrupunda oyunlar keçirilib. D qrupunun lider Almaniya səfərdə Şotlandiyanın qonağı olub. Beş qolun vurulduğu oyun almanların qələbəsi ilə başa çatıb - 3:2. Qrupun digər oyunlarında Polşa Cəbəllütariqi 8:1, İrlandiya isə Gürcüstanı 1:0 hesabı ilə məğlub edib. F qrupunun lideri Şimali İrlandiya öz meydanında Macarıstanı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Qrupun digər oyunlarında Farer adaları Finlandiyanın qonağı olub və 0:1 hesabı ilə uduzub. Yunanıstan isə səfərdə Rumıniya ilə 0:0 bərabərə qalıb. İ qrupunda Ermənistan Danimarkanı qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb - 0:0. Portuqaliya isə səfərdə Albaniyanı son dəqiqədə vurduğu qolla məğlub edib - 1:0. 7 sentyabr "Avro-2016"nın seçmə mərhələsi, 8-ci tur D qrupu Şotlandiya – Almaniya - 2:3 Polşa - Cəbəllütariq - 8:1 İrlandiya - Gürcüstan - 1:0 F qrupu Finlandiya – Farer adaları - 1:0 Şimali İrlandiya - Macarıstan - 1:1 Rumıniya - Yunanıstan - 0:0 İ qrupu Ermənistan –Danimarka - 0:0 Albaniya – Portuqaliya - 0:1 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Avro-2016"nın seçmə mərhələsində VIII turun oyunları davam edir.