Demo saytı » idman » Rauf Məmmədov: "Duelun taleyi 41-ci gedişdə həll olundu"


Rauf Məmmədov: "Duelun taleyi 41-ci gedişdə həll olundu"

16-09-2015, 13:50
Çap et
Rauf Məmmədov: "Duelun taleyi 41-ci gedişdə həll olundu" Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\32 final mərhələsinin cavab görüşləri keçirilib.
Dünya Kubokunun mətbuat xidmətindən verilən məlumata görə, ilk görüşdə məğlub olan azərbaycanlı şahmatçı Rauf Məmmədov ABŞ təmsilçisi Fabiano Karuanayla heç-heçə oynayıb.
İki görüşün nəticəsinə görə Dünya Kubokuyla vidalaşan Məmmədov uğursuzluğu belə izah edib: "Fabiano Karuana haqda danışmağa ehtiyac yoxdur. Güclü şahmatçıdır. Dünya reytinqində ilk pillələrdə qərarlaşıb. Duelin taleyi ilk görüşdə həll olundu. 41-ci gedişdə kobud səhv etdim və partiyanın taleyi həll olundu. Belə rəqiblərlə görüşdə səhv etmək qadağan olunur. Onlar bunu bağışlamır. 41-ci gedişdən sonra məğlubiyyətlə barışmalıydım. İkinci görüşdə qara fiqurlarla çıxış edirdim. Karuana kimi rəqiblə oyunda qara fiqurlarla qələbə qazanmaq çox çətindir. Özü də bu gün mənə mütləq qələbə lazım idi. Heç-heçə oldu və ümumi nəticəyə görə məğlub oldum".
Reytinq: