“Norway Chess”: Şəhriyar Məmmədyarov Aniş Giriyə qalib gəlib8-06-2022, 06:22
Çap et Yeddinci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov niderlandlı Aniş Giriyə qalib gəlib. Bununla da o, xalların sayını 11,5-ə çatdırıb və 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov isə Hindistan təmsilçisi Vişvanatan Ananda “armageddon”da uduzub. T.Rəcəbov ümumi nəticələrə görə, 5 xalla sonuncu yerdədir. “Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
