Taekvondoçumuz Türkiyədə keçirilən Prezident kubokunun qalibi olub5-02-2023, 19:34
Çap et 58 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, İstanbulda ölkəmizin Dövlət Himnini səsləndirib. 1/16 final mərhələsindən mübarizəyə başlayan taekvondoçumuz ilk döyüşündə Böyük britaniyalı Xames Makentoşu yarışdan kənarlaşdırıb. O, daha sonra bolqarıstanlı Xristo Boqdanova qalıb gəlib. Qaşım 1/4 finalda Qalqeri Səlimlə (Macarıstan) üz-üzə gəlməli olsa da, rəqib dayanqa çıxmayıb. Maqomedov yarımfinalda türkiyəli Mehmet Çiçəkgüllə üz-üzə gəlib. Qələbə qazanan təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə də Qaşımın rəqibi türkiyəli taekvondoçu olub. Ahmet Karadaş üzərində inamlı qələbə qazanan millimizin üzvü çempion tituluna yiyələnib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
