“Bavariya”nın futbolçusu Tomas Müller yeni rekorda imza atıb5-04-2023, 10:01
Çap et Bunun üçün futbolçunun “Frayburq”la Almaniya Kubokunun 1/4 final oyununda start heyətində meydana çıxması kifayət edib. Belə ki, 33 yaşlı Müller Münxen klubunun heyətində 64-cü kubok görüşündə iştirak edib. O, Sepp Mayerin 63 oyunluq rekordunu yeniləyib. Almaniya Kubokunda Gerd Müller 62, Frans Bekkenbauer 61, Oliver Kan və Hans-Corc Şvartsenbek isə 59 qarşılaşmada meydana çıxıblar. Qeyd edək ki, Tomas Müller 2008-ci ildən “Bavariya”nın əsas komandasında forma geyinir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
