Bakıda son dəqiqəyə kimi mübarizə aparacağıq - "Braqa"nın baş məşqçisi19-02-2024, 11:33
Çap et Bu sözləri "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının XXII turunda "Farense" klubuna 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis bu matçdakı qalibiyyətin UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək cavab oyunu öncəsi komandanın inam və motivasiya səviyyəsini artırmaq baxımından vacib olduğunu bildirib: "Biz yenidən ölkə çempionatında qələbə qazandıq. Bu, oyunçuların əhval-ruhiyyəsini yüksəltmək üçün olduqca əhəmiyyətli idi. Əsas heyətdə meydana çıxan futbolçuları xüsusilə seçmişdim. Həmin oyunçular uğur qazanmağımızda bizə yardımçı oldular”. Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
