Demo Sayt » idman » Çövkən üzrə Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu


Çövkən üzrə Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu

21-10-2015, 17:33
Çap et
Çövkən üzrə Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatı sona yaxınlaşır.

Federasiyadan verilən məlumata görə, turnirin yarımfinal mərhələsində çıxış edəcək komandalar məlum olub. Nəticələr belədir:

¼ final:

“Ağcabədi” – “Sərhədçi” 0-7
“Laçın” – “Ağstafa” 0-1
“Köhlən” – “Qarabağ” Ağdam 0-4
“Polad” – “Şəki” +/-

Yarımfinal:

“Qarabağ” Ağdam - “Polad”
“Sərhədçi” – “Ağstafa”

Qeyd edək ki, oktyabrın 22-də Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək yarımfinal mərhələsi saat 10:00-da, oktyabrın 24-də keçiriləcək çempionatın final oyunu isə saat 16:00-da başlayacaq.
Reytinq: