Azərbaycan atletində dopinq tapıldı: İdmançımız ömürlük cəza ilə üz-üzə16-12-2015, 11:28
Çap et ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında dopinq testdə “ilişən” idmançıların siyahısı açıqlanıb. Analizi müsbət cavab verən 4 atletdən biri Azərbaycan yığmasının üzvüdü.Belə ki, apreldə 2 illik diskvalifikasiya müddəti başa çatan milliləşdirilən legioner Silviya Angelovanın orqanizmində yenidən istifadəsi qadağan olunan dərman preparatı aşkar olunub. Bolqarıstan əsilli, 33 yaşlı atletin A testi müsbət nəticələndiyindən B testindən keçmək məcburiyyətindədi. Əgər bu sübuta yetirilərsə, 48 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Silviya ömürlük cəzalandırıla bilər. Qeyd edək ki, noyabrın 20-28-də ABŞ-da keçirilən mundialda Angelova cəmi 5 rəqibini qabaqlayaraq, 34-cü olmuşdu və komandamızın aktivinə xal yazdıra bilməmişdi. Həmçinin, Avro-2012-də bürünc və Avro-2013-də gümüş medal qazanan idmançının qanında turinabol tapıldığından nəticələri ləğv edilmişdi. Məhz həmin vaxt o 2 illik cəzalanmışdı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında dopinq testdə “ilişən” idmançıların siyahısı açıqlanıb. Analizi müsbət cavab verən 4 atletdən biri Azərbaycan yığmasının üzvüdü.