Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır5-05-2016, 09:32
Çap et A və B qrupunun komandaları I turun oyununa çıxacaqlar. Günün ilk qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Ölkənin ən böyük arenasında B qrupunda çıxış edən Avstriya ilə Bosniya və Herseqovina milliləri üz-üzə gələcək. 8-ci km qəsəbə stadionunda keçiriləcək qrupun digər matçında isə çempionatın favoritlərindən olan Almaniya Ukraynanı sınağa çəkəcək. Bu stadiondakı növbəti matç isə A qrupunun oyunu olacaq. Azərbaycan yığmasının rəqibləri Belçika ilə Şotlandiya ilk xal üçün mübarizə aparacaq. Günün son qarşılaşması Bakı Olimpiya Stadionuna təsadüf edəcək. 19:30-da start götürəcək açılış mərasiminin ardınca yığmamız meydana çıxacaq. Komandamız Bakıya medal iddiası ilə gələn Portuqaliya ilə qarşılaşacaq. U-17-lər arasında AÇ-2016-nın final mərhələsi Qrup mərhələsi, I tur B qrupu 14:00. Avstriya – Bosniya və Herseqovina Bakı Olimpiya Stadionu 17:00. Ukrayna – Almaniya 8-ci km qəsəbə stadionu A qrupu 19:00. Belçika – Şotlandiya 8-ci km qəsəbə stadionu 20:00. Azərbaycan – Portuqaliya Bakı Olimpiya Stadionu Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
