"Sevilya" ardıcıl 3-cü dəfə Avroliqanın qalibi oldu19-05-2016, 08:51
Çap et Həlledici görüşdə "Liverpul" və "Sevilya" komandaları üz-üzə gəlib. İndiyədək dörd dəfə Avropa Liqasının kubokunu qazanan "Sevilya" həm də turnirin son qalibi idi. "Liverpul" isə üç dəfə UEFA kubokunu qazanıb. İngiltərə təmsilçisi sonuncu dəfə 2000-2001 mövsümünün finalında İspaniya təmsilçisi "Alaves"ə qalib gələrək o zaman UEFA kuboku adlanan turnirin qalibi olub. İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşma "Sevilya"nın qələbəsi ilə yekunlaşıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan İspaniya təmsilçisi ikinci hissədə 3 qol vurmaqla görüşdən qalib ayrılb - 3:1. Bununla da, "Sevilya" ardıcıl 3-cü, tarixində isə 5-ci dəfə turnirin qalibi adını qazanıb. Qollar: Daniel Staric, 35 (1:0), Kevin Qameyro, 46 (1:1), Koke, 64 (1:2), 70 (1:3) Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
