Demo Sayt » idman » Andrey Şevçenko Ukrayna milli komandasının baş məşqçisi təyin olunub Böyüt


Andrey Şevçenko Ukrayna milli komandasının baş məşqçisi təyin olunub Böyüt

15-07-2016, 18:21
Çap et
Andrey Şevçenko Ukrayna milli komandasının baş məşqçisi təyin olunub  Böyüt Bu gün Ukrayna Futbol Federasiyasının İcra Komitəsinin toplantısı keçirilib.
İclasda milli komandanın baş məşqçisi vəzifəsinə Ukrayna futbolunun əfsanəsi, 2004-cü ildə “Qızıl top”un sahibi Andrey Şevçenkonun təyin olunması haqqında qərar qəbul edilib. Bu barədə federasiya İcra Komitəsinin üzvü Sergey Kunitsın özünün “Facebook” səhifəsində bildirib.
Qərar yekdilliklə qəbul olunub. Müqavilə 2+2 illik imzalanıb. A. Şevçenkonun köməkçiləri Mauro Tassoti və Raul Rianço olacaq.
Xatırladaq ki, A. Şevçenko son Avropa çempionatında baş məşqçi Mixail Fomenkonun köməkçisi idi.
Ukrayna milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində Türkiyə, İslandiya, Xorvatiya, Finlandiya və Kosovo milli komandaları ilə eyni qrupdadır.
Reytinq: