Olimpiadanın altıncı günündə altı azərbaycan idmançısı yarışacaq10-08-2016, 09:45
Çap et Avqustun 10-u azərbaycan üzgüçüləri Boris Kirilov (200 metr, arxasıüstə) və Fatimə Alkərəmova (100 metr, sərbəst) yarışlara qatılacaqlar. Cüdoçu Məmmədəli Mehdiyev 1/16 finalda rus Kiril Denisov ilə döyüşəcək. Həmçinin boksçu Abdulkadir Abdullayev (91 kq) 1/4 finalda rinqə çıxacaq,Yure Meqııç kanoe-slalomun yarımfinalda iştirakını davam etdirəcək, gimnast Oleq Stepko çoxnövçülüyün finalında medal uğrunda mübarizəyə qatılacaq. Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur. Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur. Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks). Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
