Yoahim Löv: “Azərbaycanla görüş qrupun top-oyunu olacaq”13-10-2016, 09:52
Çap et “Seçmə mərhələ start götürəndə hədəfimiz qrupu birinci pillədə başa vurmaq idi. İddiamızı sona qədər davam etdirəcəyik”. Bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.DÇ-2018-in seçmə mərhələsinə ardıcıl qələbələrlə başlayan Bundestim ilk 3 turdan sonra 9 xalla C qrupuna başçılıq edir. Almanların ən yaxın izləyicisi isə aktivində 7 xal olan Azərbaycan millisidi. Löv Şimali İrlandiya ilə (2:0) dünənki qarşılaşmadan sonra keçirilən mətbuat konfransında millimizin çıxışına da münasibət bildirib. 56 yaşlı mütəxəssis Robert Prosineçkinin komandasından çəkindiklərini etiraf edib: “Məqsədimiz bəllidi və buna nail olmaq üçün sona qədər mübarizəmizi davam etdirəcək, bir an olsun arxayınlaşmayacağıq. Bunun üçün də stabilliyi qorumaq vacibdi. Üzərimizdə daim işləyir, inkişaf etməyə çalışırıq. Hazırda Azərbaycan yığması turnir cədvəlində bizim ən yaxın izləyicimizdi. Gələn ilin mart ayında da onlarla qarşılaşacağıq. Əminliklə deyə bilərəm ki, Bakıdakı görüş qrupun top-oyunu olacaq”. Qeyd edək ki, Azərbaycan – Almaniya matçı V tur çərçivəsində martın 26-da keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Seçmə mərhələ start götürəndə hədəfimiz qrupu birinci pillədə başa vurmaq idi. İddiamızı sona qədər davam etdirəcəyik”. Bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.