Millətlər Liqası: Azərbaycan yığması Türkiyə ilə eyni divizionda mübarizə aparacaq14-10-2016, 17:00
Çap et UEFA Millətlər Liqasının ilkin divizionları və səbətləri açıqlanıb. 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər DÇ-2014-ün, AÇ-2016 və DÇ-2018-in nəticələrinə əsasən hesablanan əmsallara uyğun müəyyənləşəcək.Bu cədvəldəki hazırkı duruma əsasən 55 yığma 4 liqaya bölünüb. Azərbaycan millisi ilk iki turnirin yekunları və DÇ-2018-in ilk 3 seçmə oyunundakı nəticələrdən sonra C liqasında oynamağa namizəddi. Hərçənd, Norveç (1:0) və Çexiya (0:0) ilə matçlardan öncə komandamızın sonuncu divizionda – C liqasında oynayacağı gözlənilirdi. İndiki durumda Robert Prosineçkinin yetirmələri qitənin gücünə görə 3-cü dəstəsində sonuncu səbətdə qərarlaşacaq. Yığmamız C liqasında 15 komandadan biri olacaq. Hazırkı vəziyyətdə qonşu Türkiyə yığması da bu liqada çıxış etməlidi. Qaydalara əsasən A liqasında 12, B liqasında 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmalıdı. A liqası 1-ci səbət Almaniya, Fransa, Belçika, Portuqaliya 2-ci səbət Rusiya, İspaniya, İngiltərə, İtaliya 3-cü səbət İsveçrə, Xorvatiya, Polşa, İslandiya B liqası 1-ci səbət Avstriya, Uels, Hollandiya, Bosniya H. 2-ci səbət Ukrayna, İsveç, İrlandiya, Rumıniya 3-cü səbət Macarıstan, Slovakiya, Albaniya, Çexiya C liqası 1-ci səbət Türkiyə, Sloveniya, Ş.İrlandiya, Yunanıstan 2-ci səbət İsrail, Monteneqro, Norveç, Danimarka 3-cü səbət Şotlandiya, Serbiya, Bolqarıstan, Litva 4-cü səbət Finlandiya, AZƏRBAYCAN, Estoniya D liqası 1-ci səbət Belarus, Kipr, Gürcüstan, Latviya 2-ci səbət Farer adaları, Qazaxıstan, Ermənistan, Makedoniya 3-cü səbət Lüksemburq, Moldova, Lixtenşteyn, Malta 4-cü səbət Kosovo, San-Marino, Andorra, Cəbəllütariq Qeyd edək ki, liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-on seçmə mərhələsindən sonra bəlli olacaq. Qrup mərhələsinin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda isə liqalarda “Dördlər finalı” təşkil ediləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

UEFA Millətlər Liqasının ilkin divizionları və səbətləri açıqlanıb. 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər DÇ-2014-ün, AÇ-2016 və DÇ-2018-in nəticələrinə əsasən hesablanan əmsallara uyğun müəyyənləşəcək.