İkiqat dünya çempionu qətlə yetirildi8-11-2016, 11:47
Çap et Kikboksinq üzrə ikiqat dünya çempionu Cəbrayıl Cəbrayilov qətlə yetirilib. 29 yaşlı idmançı Rusiyanın paytaxtı Moskvada öldürülüb.Paytaxtın ticarət mərkəzlərindən birinin yaxınlığında baş verən hadisənin təfərrüatlarını araşdıran Moskva hüquq-mühafizə orqanları artıq cinayətkarı yaxalayıb. Rusiyanın Şimali Qafqaz regionunun sakini olan qatil Azərbaycana qaçmaq istəyərkən tutulub. O, Şeremetyevo hava limanında Bakıya uçan təyyarədə saxlanılıb. Bunun üçün havaya qalxmaqda olan təyyarəni saxlatdırmaq lazım gəlib. Adı açıqlanmayan cinayətkarın dünya çempionunu öldürməsinə səbəb isə aralarındakı maliyyə mübahisəsi olub. Ticarət mərkəzinə yaxınlığında avtomobilin içində baş tutan mübahisə 31 yaşlı qatilin tapançadan atəş açması ilə nəticələnib. Sinəsindən güllələnən Cəbrayılovun cəsədini polis işçiləri mərkəzin yanından tapıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Kikboksinq üzrə ikiqat dünya çempionu Cəbrayıl Cəbrayilov qətlə yetirilib. 29 yaşlı idmançı Rusiyanın paytaxtı Moskvada öldürülüb.