Demo Sayt » maraqli » Qızıl medalı ilə taksidə ödəniş etdi


Qızıl medalı ilə taksidə ödəniş etdi

28-08-2015, 10:10
Çap et
Qızıl medalı ilə taksidə ödəniş etdi 2015-ci il çəkic atma üzrə dünya çempionu Pavel Faydek taksidə gediş haqqı əvəzinə qızıl medalını təqdim edib.
Bu barədə “The Independent” qəzeti məlumat verir.
Avqustun 23-də çəkic atma üzrə 80,88 metr nəticə göstərən polşalı atlet birinci yerdə qərarlaşıb. Qızıl medalın itdiyini ertəsi gün müəyyən edən idmançı dərhal polisə müraciət edib.
Hüquq mühafizə orqanlarının əməkdaşları taksi sürücüsünü tapıb.
P.Faydekin gediş zamanı sərxoş olduğunu deyən sürücü medalı geri qaytarıb.
26 yaşlı P.Faydek ikiqat dünya çempionu və Avropa çempionatının gümüş mükafatçısıdır.
Qeyd edək ki, yüngül atletika üzrə dünya çempionatı 22-30 avqustda Çində keçirilir.
Reytinq: