Firdovsi Fərzəliyev Azərbaycana ilk qızıl medalı qazandırdı16-06-2015, 13:23
Çap et İdmançımıza yüksək mükafatı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib 60 kq çəki dərəcəsində karate komandamızın üzvü Firdovsi Fərzəliyev qızıl medal qazanıb. Final qarşılaşmasında italiyalı Luca Mareska mübarizə aparıb. Qarşılaşma 4-0 hesabı ilə həmyerlimiz xeyrinə olub. O, ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə məğlub edib. F. Fərzəliyevin növbəti görüşdə rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz 4:2 hesabı ilə bu dəfə də inamlı təsir bağışlayıb. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeşlə döyüşüb. Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev final yarışını canlı izləyib. İdmançımıza ən yüksək mükafatı da məhz prezident İlham Əliyev təqdim edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

İdmançımıza yüksək mükafatı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib