Demo Sayt » idman » İdmançımız bürünc medal qazandı


İdmançımız bürünc medal qazandı

5-12-2016, 14:19
Çap et
İdmançımız bürünc medal qazandı İsrailin Eylat şəhərində 20 və 23 yaşadək idmançılar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
Dekabrın 10-dək davam edəcək yarışda Azərbaycan yığma komandası da mübarizə aparır.
Çempionatda 56 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Kənan Xəlilov 20 yaşadək idmançılar arasında qitə birinciliyinin bürünc medalına sahib olub.
Atletimiz birdən qaldırma hərəkətində yaxşı çıxış edib. O, üçüncü yanaşmasında 110 kiloqramı ram edərək bütün rəqiblərini üstələyib. Bir müddət əvvəl Azərbaycan kubokunun sahibi olan K.Xəlilov təkanla qaldırma hərəkətində 118 kiloqramı başı üzərinə qaldıra bilib.
Reytinq: