Demo Sayt » idman » “Şapekoense”-yə Cənubi Amerika Kuboku verildi


“Şapekoense”-yə Cənubi Amerika Kuboku verildi

22-12-2016, 10:26
Çap et
“Şapekoense”-yə Cənubi Amerika Kuboku verildi Oyunçularının əksəriyyəti təyyarə qəzasında həyatını itirən Braziliyanın “Şapekoense” klubuna Cənubi Amerika Kuboku təqdim edilib.
Xüsusi mərasim Paraqvayın paytaxtı Asunsonda, Libertadores Kuboku-2017-nin püşkatması çərçivəsində baş verib.
Bundan əvvəl Cənubi Amerika Kubokun finalında braziliyalıların rəqibi olan Medelyinin “Atletiko Nasyonal” klubu CONMEBOL-a müraciət edərək “Şapekoense”-ni turnirin qalibi elan etməyi təklif etmişdi.
Xatırladaq ki, noyabrın 29-da Braziliya klubunu Cənubi Amerika Kubokunun ilk final oyununa aparan təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində “Şapekoense” klubunun futbolçuları və məşqçiləri daxil olmaqla 71 nəfər ölüb, üçü futbolçu olmaqla, 6 nəfər sağ qalıb.
Reytinq: